Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
Ter Ştegen və “Barselona” - - “Böyük beşliy”in ən yaxşıları
Ter Ştegen və “Barselona” - “Böyük beşliy”in ən yaxşıları

ESTAFET/ “Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen qapıya ünvanlanan zərbələrin dəf edilməsi faizinə görə Avropanın TOP-5 liqalarında liderlik edir.

Alman qolkiper cari mövsümdə İspaniya La Liqasında zərbələrin 84.6 faizində komandasını xilas edib.

Onu Fransanın “Reyms” klubunun qapıçı Yevann Diuf izləyir (83,9%). Nik Poup (“Nyukasl”, İngiltərə – 82,3%) üçüncü, Jeronimo Rulyi (“Vilyarreal”, İspaniya – 82,1%) və Kepa Arrisabalaqa (“Çelsi”, İngiltərə – 82%) növbəti pillələrdə qərarlaşıb. Siyahıya bu mövsüm ən azı 25 qurtarış edən qapıçılar salınıb.

“Barselona” La Liqada keçirdiyi 17 oyundan 13-ündə qol buraxmayıb və qapısında cəmi 6 top görüb. Bu, Avropanın aparıcı çempionatlarında ən yaxşı göstəricidir.

Müəllif: Natiq NƏSİROV