“Barselona” iki ulduz hücumçunu baxışdan keçirir

ESTAFET/ “Barselona” rəhbərliyi yayda “blauqrana”nın hücum xəttini qüvvətləndirmək niyyətindədir.

Kataloniya klubu iki ulduz mərkəz hücumçusu – Madrid “Atketiko”sunun argentinalı futbolçusu Xulian Alvaresi və “Mançester Siti”nin norveçli futbolçusu Erlinq Holannı diqqət mərkəzində saxlayıb.

Vurğulanır ki, hər iki seçim uzunmüddətli olaraq qiymətləndirilir.

Müəllif: Natiq NƏSİROV