Sərbəst güləşçilər reytinq turnirinə 5 medalla start verdi

Bu gün Xorvatiyada güləş üzrə "Zaqreb Open” turnirinə start verilib.

Reytinq turnirinin ilk günündə sərbəst güləş üzrə 6 çəkidə qaliblər müəyyənləşib.

Əliabbas Rzazadə (57 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu yarışda özünü 70 kq-da sınayan yığmanın lideri Hacı Əliyev gümüş medal qazanıb. Əli Rəhimzadə (65 kq), Xadjimurad Qadjiyev (70 kq) və Cəbrayıl Qadjiyev (74 kq) isə bürünc medal əldə edib. Beləliklə, ilk gündə güləşçilərimiz 5 medal qazanıb.

57 kq

Təsnifat mərhələsi: Əliabbas Rzazadə - Vanhao Jou (Çin)

Təsnifat mərhələsi: İslam Bazarqanov - Veiyu Li (Çin) 6:1

1/4 final: Əliabbas Rzazadə - İslam Bazarqanov 10:0

1/2 final: Əliabbas Rzazadə - Beka Bujiaşvili (Gürcüstan)

Təsəlliverici görüş: İslam Bazarqanov - Vanhao Jou (Çin) 1:0

Bürünc medal görüşü: İslam Bazarqanov – Beka Bujiaşvili (Gürcüstan) 4:4*

Final: Əliabbas Rzazadə - Yuto Nişiuçi (Yaponiya) 2:0

65 kq

1/8 final: Əli Rəhimzadə - Eduard Qriqorev (Polşa) 6:3

1/4 final: Əli Rəhimzadə - Jozef Makenna (ABŞ) 0:2

Təsəlliverici görüş: Əli Rəhimzadə - Coşua Finesilver (İsrail) 9:1

Bürünc medal görüşü: Əli Rəhimzadə - Ryoma Anraku (Yaponiya) 12:1

70 kq

Təsnifat mərhələsi: Xadjimurad Qadjiyev - Canluka Talamo (İtaliya) 10:0

1/4 final: Hacı Əliyev - Giorgi Elbakidze (Gürcüstan) 5:2

1/4 final: Xadjimurad Qadjiyev - Hayden Hidlay (ABŞ) 8:4

1/2 final: Hacı Əliyev - Temuulen Enxtuya (Monqolustan) 11:0

1/2 final: Xadjimurad Qadjiyev - Alek Pantaleo (ABŞ) 3:5

Bürünc medal görüşü: Xadjimurad Qadjiyev – Vişal Kaliramana (Hindistan) 10:0

Final: Hacı Əliyev – Alek Pantaleo (ABŞ) 2:5

74 kq

Təsnifat mərhələsi: Cəbrayıl Qadjiyev - Kriştian Biro (Rumıniya) 12:0

1/8 final: Cəbrayıl Qadjiyev - Patrik Olenşin (Polşa) 10:0

1/4 final: Cəbrayıl Qadjiyev - Ceyson Nolf (ABŞ) 3:5

Təsəlliverici görüş: Cəbrayıl Qadjiyev - Patrik Leder (Kanada) 7:2

Bürünc medal görüşü: Cəbrayıl Qadjiyev – Murad Kuramaqomedov (Macarıstan) 5:0

86 kq

1/8 final: Abubakr Abakarov - Tariel Qaprindaşvili (Gürcüstan) 9:8

1/4 final: Abubakr Abakarov - Həsən Yazdani (İran) 0:11

Təsəlliverici görüş: Abubakr Abakarov - Sebastyan Jezierzanski (Polşa) 3:1

Bürünc medal görüşü: Abubakr Abakarov – Mark Hol (ABŞ) 3:7

Müəllif: Natiq NƏSİROV