Atletika üzrə Qış Azərbaycan Birinciliyi keçiriləcək

ESTAFET/ 10-11 fevral 2023-cü il tarixlərində Respublika Olimpiya Mərkəzində 2008-2009-cu il təvəllüdlü idmançılar arasında Atletika üzrə Qış Azərbaycan Birinciliyi keçiriləcək.

Yarışda idmançılar 60 m, 200 m, 400 m, 800 m,1500 m məsafələrə qaçış, 60 m sədlərlə qaçış, 4x200 m estafet qaçışı, uzunluğa tullanma və nüvə itələmə növləri üzrə yarışacaqlar.

Yarışın açılışında Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Atletika Federasiyasının prezidenti cənab Çingiz Hüseynzadə, Azərbaycan Atletika Federasiyasının vitse-prezidenti cənab Firat Hüseynov və Gənclər və İdman Nazirliyinin nümayəndəsinin çıxışları gözlənilir. 

Müəllif: Zaur HACIYEV