“Liverpul” “Real”a, “Napoli” “Ayntraxt”a qarşı - ÇL

ESTAFET/ Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək.

Gecənin ən maraqlı görüşü İngiltərədə baş tutacaq. Burada ötən mövsümün finalçıları “Liverpul” və Madrid “Real”ı üz-üzə gələcək.

Günün digər qarşılaşması isə İtaliya A Seriyasında möhtəşəm mövsüm keçirən “Napoli” ilə Frankfurtda “Ayntraxt”ı arasında olacaq.

UEFA Çempionlar Liqası
1/8 final

21 fevral 2023

00:00. Ayntraxt (Almaniya) – Napoli (İtaliya)
Baş hakim: Soares Dias (Portuqaliya)
Frankfurt. “Doyçe Bank Park”

00:00. Liverpul (İngiltərə) – Real (İspaniya)
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Liverpul. “Enfild” stadionu

Xatırladaq ki, ötən həftə baş tutan 1/8 finalın ilk dörd qarşılaşmasında bu nəticələr qeydə alınıb:

Milan (İtaliya) – Tottenhem (İngiltərə)  - 1:0
PSJ (Fransa) – Bayern (Almaniya) - 0:1
Borussiya (Dortmund, Almaniya) – Çelsi (İngiltərə)  - 1:0
Brügge (Belçika) – Benfika (Portuqaliya)  - 0:2

Müəllif: Natiq NƏSİROV