Millimizin oyunlarının təqvimi bəlli oldu

ESTAFET/ Futbol üzrə Avropa çempionatının 2022/2023-cü illər mövsümünün ikinci mərhələsində mübarizə aparacaq 17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının oyunlarının təqvimi açıqlanıb. UEFA Millətlər Liqası formatında təşkil olunan seçmə mərhələ oyunları 22, 25, 28 mart tarixlərində Bosniya və Herseqovinada təşkil olunacaq.

B Liqasının 2-ci qrupunda mübarizə aparan komandamızın oyunlarının təqvimi aşağıdakı kimidir:

22 mart 2023

17:00. Azərbaycan – Qazaxıstan 
Novi Gradski stadionu (Ugljevik)

25 mart 2023

17:00. Bosniya və Herseqovina – Azərbaycan
Etno Selo Stanişiçi stadionu (Biyelina)

28 mart 2023

16:00. Monteneqro – Azərbaycan
Etno Selo Stanişiçi stadionu (Biyelina)

Müəllif: Bəhruz MƏMMƏDOV