Gənclər arasında Azərbaycan birinciliyi keçiriləcək

ESTAFET/ 22-24 fevral tarixlərində cüdo üzrə 21 yaşa qədər gənclər arasında Azərbaycan birinciliyi keçiriləcək. Yarışda 64 klub, cəmiyyət və idman təşkilatından 270-dən çox cüdoçu medallar uğrunda mübarizə aparacaq. Birinciliyin fərdi yarışları 22-23 fevralda, komanda yarışları isə 24 fevralda baş tutacaq.

Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçiriləcək yarış hər gün saat 09:00-dan etibarən başlayacaq.

Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.

Müəllif: Natiq NƏSİROV