Xocalı soyqırımının 31-ci il dönümününə həsr edilmiş şahmat turniri keçirildi

ESTAFET/ “Təhsil” Respublika İdman Mərkəzinin 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Şahmat Məktəbi PHŞ-nin təşkilatçılığı ilə 25 fevral tarixində 8-12 yaşadək uşaqlar arasında 26 fevral Xocalı soyqırımının 31-ci il dönümünün yad olunmasına həsr edilmiş şahmat turniri keçirilib.

Turnirin açılışı zamanı ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yarış iştirakçılarına soyqırım haqqında məlumat verilib.

Yarışın əsas məqsədi soyqırımın heç bir zaman unudulmaması, qanlı faciənin yad olunması və uşaqların,yeniyetmələrin, gənclərin vətənpərvər ruhda böyümələrini təbliğ etməkdir.

Yarışda ümumi hesabda ,eyni zamanda yaş qrupları üzrə 1-2-3 yeri tuan şahmatcılar medal və diplomla təltif olunublar. Ümumi hesabda Nağıyev Məlik 1-ci, Əlisoy Məsud 2-ci, Məmmədov Ramazan 3-cü yerə çıxıblar.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Müəllif: Bəhruz MƏMMƏDOV