Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
Millimiz ikinci görüşdən məğlub ayrıldı -
Millimiz ikinci görüşdən məğlub ayrıldı

ESTAFET/ Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ikinci yoldaşlıq oyununu keçirib.

Bu ölkənin müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirilmiş oyun 0:2 hesablı məğlubiyyətlə başa çatıb.

Xatırladaq ki, bu komandalar arasındakı ilk oyunda heç-heçə qeydə alınmışdı – 1:1.

Müəllif: Bəhruz MƏMMƏDOV