Fransada finalçılar bəlli oldu

ESTAFET/ Fransa kubokunda yarımfinal mərhələsinə yekun vurulub. Sonuncu yarımfinal görüşü “Ansi” və “Tuluza” komandaları arasında baş tutub.

Üç qolun qeydə alındığı matç Liqa 1 təmsilçisinin qələbəsiylə yekunlaşıb. Nəticədə ikinci finalçı “Tuluza” olub.

Daha öncə “Nant” da həlledici oyuna vəsiqə qazanmışdı. Beləliklə, finalda “Tuluza” ilə “Nant” komandaları üz-üzə gələcəklər. Həlledici oyun aprelin 29-da keçiriləcək.

Fransa kuboku
Yarımfinal


5 aprel 2023

Nant – Olimpik (Lion) 1:0
Qol: Blas, 57.

6 aprel 2023

Ansi – Tuluza 1:2
Qol: Bosetti, 45+4-pen – Abuxlal, 36. Çaibi, 85.

Müəllif: Zaur HACIYEV