BŞH tikinti işləri ilə bağlı açıqlama yayıb

ESTAFET/ Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tikinti işləri ilə bağlı yeni açıqlama yayıb. Açıqlamanı diqqətinizə çatdırırıq:

"Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti paytaxtda 28-30 aprel tarixlərində baş tutacaq Formula 1 Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda tikinti-quraşdırma işlərini davam etdirir.

Belə ki, bu gecə saat 22:00-dan etibarən Neftçilər prospekti boyunca beton blokların quraşdırılması səbəbindən Azadlıq prospektinin Neftçilər prospekti ilə kəsişməsi nəqliyyata bağlı olacaq.

BŞH vətəndaşlara tikinti-quraşdırma işləri zamanı göstərdikləri anlayışa görə öncədən təşəkkür edir".

Müəllif: Natiq NƏSİROV