TEYMUR QƏLƏBƏ, ŞƏHRİYAR HEÇ-HEÇƏ İLƏ BAŞLADI
ESTAFET/ Bu gün Cenevrə şəhərində (İsveçrə) Beynəlxalq Şahmat Federasiyasının (FIDE) sayca 3-cü Qran Prisi start götürüb. Məumat verdiyimiz kimi, Qran Pri seriyasında Azərbaycan iki şahmatçı ilə - Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovla təmsil olunur. Bu turnir Şəhriyar üçün sonuncu olsa da, Teymur bundan başqa sonuncu Qran Pridə də iştirak edəcək.
Məlumat: Qran Pri seriyası 4 mərhələdən ibarətdir. 26 şahmatçı burada hazırkı Dünya çempionu norveçli Maqnus Karlsenlə görüş üçün İddialılar Turnirinə vəsiqə uğrunda mübarizə aparır. Hər mərhələdə 18 şahmatçı İsveçrə sistemi ilə 9 turda qarşılaşacaqlar. Hər bir şahmatçı 3 mərhələdə iştirak etməlidi. 4 mərhələnin yekununda ilk 2 yerin sahibi İddialılar Turnirinə qatılmaq haqqı əldə edəcək.
Cenevrə Qran Prisinin ilk turundakı bütün qarşılaşmaları və nəticələri təqdim edirik.
Gelfand (İsrail) - Məmmədyarov 0,5:0,5
Giri (Hollandiya) - Rəcəbov 0:1
Ryazantsev (Rusiya) - Harikrişna (Hindistan) 0:1
Adams (İngiltərə) - Salem (Misir) 1:0
Elyanov (Ukrayna) - Hou Yifan (Çin) 1:0
Rapport (Macarıstan) - Nepomnyaşnı (Rusiya) 0,5:0,5
Şvidler (Rusiya) - Yakovenko (Rusiya) 0,5:0,5
Aronyan (Ermənistan) - Li Çao (Çin) 0,5:0,5
İnarkiyev (Rusiya) - Qrişuk (Rusiya) 0,5:0,5