Formula 1 Azərbaycan Qran Prisi öncəsi media üçün seminar keçirilib

ESTAFET/ 18 aprel tarixində Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti KİV nümayəndələri üçün media mərkəzinin fəaliyyəti, iş qrafiki, akkreditasiya prosesi, jurnalist və fotoqrafların iş prinsipləri barədə seminar təşkil edib.

Seminarda 2023-cü il Formula 1 Azərbaycan Qran Prisi haqqında ümumi məlumat, ölkəyə gələcək komandaların heyəti, yarış təqvimi haqqında məlumat verilib.

Qeyd olunub ki, ümumilikdə 90-a yaxın yerli media nümayəndəsinin akkreditasiya müraciəti qeydə alınıb. Formula 1 Azərbaycan Qran Prisi daxil olmaqla bütövlükdə 2023-cü il Formula 1 yarışları üçün media nümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Formula One Management (FOM) şirkəti tərəfindən tənzimlənir.

Paytaxt Bakının yeddinci dəfə ev sahibliyi edəcəyi Formula 1 Azərbaycan Qran Prisi 28-30 aprel tarixlərində baş tutacaq. Yarış çərçivəsində Bakıda ilk dəfə Sprint yarışı baş tutacaq.

Müəllif: Natiq NƏSİROV