"2023 cü İl Heydər Əliyev İli"nə həsr olunmuş dama turniri keçirildi

ESTAFET/ “Təhsil” Respublika İdman Mərkəzini  4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbi PHŞ-in təşkilatçılığı və Azərbaycan Damacılar İttifaqının təşkilatı dəstəyi ilə "19-22 aprel tarixlərində "2023 cü İl Heydər Əliyev İli" nə həsr olunmuş 8-18 yaşa dək uşaqlar arasında dama üzrə açıq  birincilik keçirilib.

Yekun nəticələrə əsasən yarışda yaş qrupları üzrə yer tutan oğlan və qız damacılar diplom, medal və xatirə hədiyyəsi ilə mükafatlandırılıb.

Mərasimdə 4 nömrəli  idman şahmat məktəbinin direktoru Elvin Hüseynov və Damacılar ittifaqının sədr müavini Nazim Nurullayev iştirak edib.

Ulu öndər Heydər Əliyevin ictimayi- siyasi həyatından, ölkəmizə rəhbərlik etdiyi dövrdə bütün sahələrə olduğu kimi idman sahəsinə uşaqların intellektual inşafına  göstərdiyi diqqət və qayğıdan bəhs edilib.

Turnirdə 10 yaşadək oğlanlar arasında Əhməd Vahidov 1-ci, Ramil Mehdizadə 2-ci, Ramil Quliyev 3-cü yerə çıxıb.

12 yaşadək oğlanlar arasında Qaraxan Sərkərli 1-ci, Səid Aslanlı 2-ci, Xuduzər Kərimov 3-cü olub.

18 yaşadək oğlanlar arasında Rəvan Aslanov 1-ci, Asif Aşurov 2-ci, Tuncay İmanov 3-cü yerin sahibi olub.

Qızlar arasında Gültəkin Abbasova 1-ci, Zeynəb Abdullazadə 2-ci, Aylin Səfərli 3-cü yerə çıxıb.

Müəllif: Bəhruz MƏMMƏDOV