Formula 1: Azərbaycan Qran Prisinin vaxtı uzadıldı

ESTAFET/ Formula 1 üzrə dünya çempionatının mərhələlərindən biri olan Azərbaycan Qran Prisinin müqaviləsinin müddəti uzadılıb.

Yarışın rəsmi saytının məlumatına görə, Azərbaycan Qran Prisi 2026-cı ilədək davam edəcək.

Xatırladaq ki, ilk adı Avropa Qran Prisi olan Bakıdakı yarışlar 2015-ci ildən təşkil olunur.

Müəllif: Natiq NƏSİROV