"Mübarizəni davam etdirməyi səbirsizliklə gözləyirəm": Ferstappen

ESTAFET/ Maks Ferstappen Ostində dominantlıq etdi və ABŞ Qran Prisini möhtəşəm qələbə ilə başa vurdu.
Yarışdan sonra qalib fikirlərini bölüşüb:
"Bu bizim üçün inanılmaz uğurlu həftəsonu oldu! Yarışın ən asan ssenaridə getməyəcəyini bilirdim və Qran Pri zamanı baş verən hər şeyə nəzər salsaq, Lando ilə mən təxminən eyni sürətlə hərəkət edirdik. Düşünürəm ki, ilk hissədə üstünlük qazana bildik - kiçik bir fərq yarada bildim və bu, finişə qədər belə qaldı.
Məsafənin hər iki hissəsində təkərləri idarə etmək çətin idi, lakin biz liderliyi qoruduq və bu həftə sonu necə çıxış etdiyimizə görə komandamızda olan hər kəslə inanılmaz dərəcədə fəxr edirəm.
Sözsüz ki, çempionluq uğrunda mübarizə aparmaq şansımız var. Sadəcə, qalan həftə sonları üçün də eyni şeyi etməyə çalışmaq lazımdır. Bunun üçün əlimizdən gələn gələn hər şeyi edəcəyik. Getdikcə daha maraqlı olur və mən mübarizəni mövsümün sonuna qədər davam etdirməyi səbirsizliklə gözləyirəm!".

