Azərbaycan güləşçiləri üçün Buenos-Ayres sınağı

ESTAFET/ Sabah Argentinanın paytaxtı Buenos-Ayres şəhərində çimərlik güləşi üzrə dünya seriyasına start veriləcək.

İki gün davam edəcək yarışda ölkəmizi üç güləşçi təmsil edəcək.

Bunlar Ramiz Həsənov (70 kq), İbrahim Yusubov (90 kq) və Oyan Nəzərianidir (+90 kq).

Müəllif: Natiq NƏSİROV