Yerli media nümayəndələrinin DÇ üçün akkreditasiyasına başlanıldı

ESTAFET/ 29 may – 4 iyun 2023-cü il tarixlərində Bakıda keçiriləcək Taekvondo üzrə Dünya Çempionatının Təşkilat Komitəsi yerli media nümayəndələrinin akkreditasiyasına başlayıb.

Akkreditasiya prosesi 12 may saat 00:00-a qədər davam edəcək. Yarışı işıqlandırmaq istəyən jurnalistlər aşağıda qeyd edilən formanı dolduraraq, tələb olunan sənədlərlə birgə - şəxsiyyət vəsiqəsi, jurnalist vəsiqəsi və fotonu (fotoda ad və soyad yazılmalıdır) skan olunmuş şəkildə press@wtcbaku2023.com elektron poçt ünvanına göndərməlidir. Natamam doldurulmuş və təyin edilən vaxtdan sonra göndərilmiş müraciətlər nəzərə alınmayacaq.

Qeydiyyat prosesi tamamlandıqdan sonra, akkreditasiya kartlarının təqdim olunacağı məkan və saat haqda məlumat veriləcək.

Akkreditasiya ilə əlaqədar əlavə məlumat əldə etmək istəyənlər (+99455) 756 78 16 nömrəsinə zəng edə və ya press@wtcbaku2023.com elektron poçt ünvanına yaza bilərlər.

Müəllif: Natiq NƏSİROV