"BUNDAN SONRA DA ETİMADI DOĞRULTMAĞA ÇALIŞACAM" - ALBOROV

ESTAFET/ Dağıstanın Kaspiysk şəhərində 5-qat dünya çempionu Əli Əliyevin xatirəsinə keçirilən beynəlxalq turnirdə Aslanbəy Alborov (97 kq) qızıl medal qazandı. Millimizin kapitanı Xetaq Qazyumov idmançı karyerasını başa vurduqdan sonra, həmin çəkidə indi əsas ümid bu sərbəst güləşçimizə yönəlib. 2-qat ölkə çempionu son uğuru və gələcək hədəflərindən danışıb:

 

Dünya çempionatı öncəsi toparlanmaq, bərba olmaq gərəkirdi. Yeni mövsümə uğurlu qədəm qoymaq üçün bu yarışda qələbə mütləq idi. Ona görə Əli Əliyev yarışına xüsusi köklənmişdim.

 

Üstəlik, iyulda Bakıda keçirilməsi nəzərdə tutulan «Qızıl qran–pri» təxirə salındı. Yarış təcrübəsi baxımıdan şimal səfəri yerinə düşdü.
Heydər Əliyevin xatirəsinə «Qızıl Qran Pri» turniri dünya çempionatına hazırlıq mərhələsi sayılırdı. Bu ənənəvi yarış adətən yay vaxtında keçirilir və dünya güləşində böyük nüfuza malikdir. Yarış ertələndiyindən, razıyam, bu sınaq yerinə düşdü.

 

Avropa çempionatında medalsız qaldın. İslam oyunlarında komanda yoldaşın Nurməhəmməd Hacıyev çıxış etdi. Qarşıda dünya çempionatı gəlir. Nə düşünürsən?
Məşqçilər heyətinin gözləntisi böyükdür, anlayıram. Bundan sonra da etimadı doğrutmağa çalışacağam.

 

Bu qələbə Parisə yol açır. Şans verilsə, ötən uğursuzluğu sığortalayacağına əminsənmi?
Hər idmançı medal qazanmaq arzusundadır. Dünya çempionatında başqa nəticə ola da bilməz. Üzərimdə məsuliyyət hiss edirəm. 20 il güləşdəyəm, hesab edirəm ki, bu bəhrəsini verməlidir, yüksək uğura yetişməliyəm. İlk növbədə, özümə inamı artırmalı, üzərimdə daha çox çalışmalıyam. 

 

Mənbə: allsport.az