Millimiz özbəklərlə qarşılaşacaq

ESTAFET/ 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının mayın 22-dən 29-dək Bakıda təlim-məşq toplanışı olacaq.

Millimiz hazırlıq çərçivəsində iki yoldaşlıq oyunu keçirəcək. U-16 mayın 27-də və 29-da Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV