Avropa Oyunlarına lisenziya qazanmış taekvondoçularımız

ESTAFET/ Polşanın Krakuv şəhəri və Mavopolska bölgəsində keçiriləcək III Avropa Oyunlarında 8 taekvondoçumuz mübarizə aparacaq.

Bunlar Səyyad Dadaşov (54 kq), Həşim Məhəmmədov (58 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Taleh Süleymanov (87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizovadır (67 kq).

Qeyd edək ki, bunlardan Səyyad Dadaşov ötən ay Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş III Avropa Oyunlarına lisenziya verən yarışın qalibi olaraq mötəbər turnirdə iştirak etmək şansı qazanıb. Digər 7 taekvondoçumuz isə reytinqə əsasən Polşadakı yarışda iştirak etmək hüququ əldə edib.

Xatırladaq ki, III Avropa Oyunlarının taekvondo yarışları 23-26 iyun tarixlərində keçiriləcək. Yarış "Krınitsa-Zdroy Arena"da baş tutacaq. 

Müəllif: Natiq NƏSİROV