Günay Məmmədzadə 180 000 dollarlıq turnirdə

ESTAFET/ 3-13 iyunda Sent-Luisdə (ABŞ) qadın şahmatçılar arasında "Cairns Cup" turniri keçiriləcək. 

Yarışda Azərbaycanı Günay Məmmədzadə təmsil edəcək.

Turnirdə ondan əlavə, Hindistan, ABŞ, Qazaxıstan, Gürcüstan və Almaniyadan 9 şahmatçı iştirak edəcək. Turnirin mükafat fondu 180 000 ABŞ dolları təşkil edəcək.

Müəllif: Natiq NƏSİROV