Məmmədzadənin qələbə seriyası qırıldı

ESTAFET/ Berlində Azərbaycanın qadınlardan ibarət yığmasının lideri Günay Məmmədzadənin iştirakı ilə Armageddon seriyasından şahmat turniri keçirilir.

Məmmədzadə üçüncü turda Bibisara Assaubayevaya (Qazaxıstan) 0,5:1,5 hesabı ilə uduzub.

Günay bundan əvvəl almaniyalı Elizabet Pets (1,5:0,5) və polşalı Alina Kaşlinskayanı (2:0) məğlub edib.

Xatırladaq ki, turnirdə Aleksandra Kostenyuk (İsveçrə), Hampi Koneru (Hindistan), Sara Xadem (İran) və Nana Dzaqnidze (Gürcüstan) da mübarizə aparır.

Müəllif: Natiq NƏSİROV