Triatlon millisinin üzvü Musayev Tamerlan 1500 m məsafəyə qaçışda 3-cü yerə layiq görülüb

Bu gün Atletika Federasiyasının təşkilatçılığı ilə Bədən Tərbiyəsi və İdman Akademiyasında 2008-2009-cu il təvəllüdlü idmançılar arasında Atletika üzrə Azərbaycan Birinciliyi keçirildi.

Triatlon millisinin və Trikids klubunun üzvü Musayev Tamerlan sözügedən yarışda 1500 m məsafəyə qaçışda 3-cü yerə layiq görülüb.

Qeyd edək ki, 2008-2009-cu il təvəllüdlü idmançılar arasında Atletika üzrə Azərbaycan Birinciliyində Trikids klubu 5 idmançı ( Musayev Tamerlan, Rzazadə Əli, Cəfərov Teymur, Tağıyev Səid və Dadaşov Hacıağa)  ilə qatılmışdır.

Müəllif: Bəhruz MƏMMƏDOV