"İNTER"DƏN ÇƏTİN QƏLƏBƏ
ESTAFET/ Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsi start götürüb. İlk oyunlar çərçivəsində baş tutacaq matçlardan birincisi Bakıda keçirilib. Günün yeganə qarşılaşmasında Bakının "İnter" komandası Lüksemburq "Fola"sını qəbul edirdi.
Qarşılaşma "Dalğa Arena"da saat 20:00-da start götürüb. İlk hissədə heç nə ilə yadda qalmayan komandalar fasiləyə qolsuz bərabərliklə yollandılar. Demək olar ki, ikinci hissə də eyni ssenari ilə davam etdi. Görüşün 89-cu dəqiqəsində Mirhüseyn Seyidovun zərbəsi rəqib müdafiəçiyə dəyib istiqamətini dəyişərək qapiya daxil oldu.
Avropa Liqası
II təsnifat mərhələsi, ilk oyun
12 iyul
20:00. “İnter” (Azərbaycan) – “Fola” (Lüksemburq) 1:0
Baş hakim: Eytan Şmuelevits
Baş hakimin köməkçiləri: Saqi Metzamber, Nissan Davidi
Dördüncü hakim: Daniel Bar Natan (hamısı İsrail)
UEFA nümayəndəsi: Vladislav Xodeyev (Rusiya)
UEFA hakim-inspektor: Oguz Sarvan (Türkiyə)
"İnter": 1. Səlahət Ağayev, 3. Denis Silva, 4. Slavik Alxasov, 8. Nizami Hacıyev (k), 9. Pərdis Fərcad-Azad, 10. Elnur Abdullayev, 11. Rauf Əliyev, 22. İlkin Qırtımov, 24. Fuad Bayramov, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev
Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 2. Sertan Taşkın, 6. Samir Zərgərov, 7. Mirsahib Abbasov, 19. Mirhüseyn Seyidov, 65. Cabir Əmirli, 88. Məmməd Quliyev
Baş məşqçi: Zaur Svanadze
"Fola": 1. Tomas Him, 8. Veldin Muharremoviç, 10. Yakob Dallevedove, 15. Samir Haci, 20. Miçel Beçold, 22. Enis Saiti, 23. Tomas Lazerta, 24. Mehdi Kirç, 26. Rayan Klapp, 28. Yulian Klayn (k), 44. Peter Xrappan
Ehtiyat oyunçular: 33. Emmanuel Kabral, 6. Billi Bernard, 9. Kristof Martin-Suarez, 11. Korentin Koçur, 14. Sedrik Sakras, 27. Stefano Bensi, 92. Ken Koral
Baş məşqçi: Ceff Ştrasser