Bakıda atletika üzrə beynəlxalq turnir keçirilir

Dünya Atletikası və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə əməkdar məşqçi Əfqan Səfərovun 26-cı memorialında 5 ölkənin təmsilçiləri iştirak edir. Açılış mərasimində çıxış edənlər Əfqan Səfərovun ölkəmizdə  atletikanın inkişafında xidmətlərindən danışaraq yarış iştirakçılarına uğurlar arzulayıblar. Beynəlxalq memorialda Azərbaycan atletləri ilə yanaşı, Türkiyə, Gürcüstan, Qırğızıstan və Oman idmançıları da mübarizə aparır və ümumilikdə 120 idmançı medallar uğrunda yarışır. Qeyd edək ki, memorial Dünya Atletikasının Qlobal Təqviminə daxil edilib və bu yarışın nəticələri idmançıların dünya reytinq cədvəlində xal qazanması üçün mühüm rol oynayacaq. Həmçinin, bu nəticələr qlobal miqyaslı tədbirlərə lisenziya qazanmaq imkanı verəcək.

İlk yarış gününün qalibləri.

100 metr. Kişilər

Mindia Endeladze (Gürcüstan)

100 metr. Qadınlar

İlahə Quliyeva

400 metr. Kişilər

Oğuz Akgül (Türkiyə)

400 metr. Qadınlar

Lamiyə Vəliyeva

1500 metr. Kişilər

Əmrah Nağıyev

Üç təkanla tullanma. Kişilər

Mesut Bülbül (Türkiyə)

Üç təkanla tullanma. Qadınlar

Gizem Akgöz (Türkiyə)

Nüvə itələmə. Kişilər

Nuh Polat (Türkiyə)

Müəllif: Bəhruz MƏMMƏDOV