Fərid Qayıbov "Üzməyi öyrənək" layihəsinin yekunu olaraq məktəblilər arasında keçirilən üzgüçülük yarışını izləyib

İyunun 9-da gənclər və idman naziri Fərid Qayıbov “Üzməyi öyrənək” layihəsinin yekunu olaraq məktəblilər arasında Gəncə Olimpiya İdman Kompleksində keçirilən üzgüçülük yarışını izləyib, mükafatlandırma mərasimində iştirak edib. Qeyd edək ki, Gənclər və İdman Nazirliyi bu layihəni Azərbaycan Üzgüçülük Federasiyası ilə birgə həyata keçirir.

Yarışdan sonra idmançılarla söhbət edən nazir idman federasiyaları ilə əməkdaşlığın inkişaf etdirilməsi, məşhur idmançıların regionlarda uşaq idmançılarla görüşlərinin təşkilinin önəmini qeyd edib.

Gəncə İdman Sarayının inşaat işlərinin gedişatı ilə də tanışlıq olub. Bundan əvvəlki baxış zamanı tövsiyə olunmuş məsələlərin icrası barədə məlumat alan nazir müvafiq məsləhətlər verib.

Müəllif: Bəhruz MƏMMƏDOV