İlk dəfə iki hakimimiz I kateqoriyada

Beynəlxalq dərəcəli hakim Elçin Məsiyev FIFA-da I kateqoriyaya yüksəlib.

33 yaşlı referi beynəlxalq oyunlarda yüksək səviyyəli idarəçiliyinə görə buna layiq görülüb. Daha əvvəl Əliyar Ağayev bu kateqoriyaya yüksəlmişdi. Bununla Azərbaycan futbol tarixində ilk dəfə iki hakimimiz I kateqoriyada olacaq. Digər FIFA referisi Kamal Umudlu isə II kateqoriyanı daşımaqda davam edəcək.

Futzal referisi Hikmət Qafarlı da FIFA-da I kateqoriyaya yüksəlib.

Müəllif: Bəhruz MƏMMƏDOV