Anna Skidan beynəlxalq yarışda uğurlu çıxışla yadda qalıb

Estoniyanın Jıhvi şəhərində Dünya Kontinental Turu- Bürünc səviyyədə keçirilən Heino Lipp memorialında çəkic atma növündəki təmsilçimiz 68.67 metr göstəriciyə nail olub. Bu nəticə ilə yalnız Ukrayna atleti İrina Klimetsdən geri qalan Anna Skidan 2-ci yeri tutub.

Müəllif: Bəhruz MƏMMƏDOV