DGK İdman Sağlamlıq Mərkəzinin idmançısı Avropa çempionu olub

Sloveniyanın Podçetrtek şəhərində veteran cüdoçular arasında keçirilən Avropa çempionatında Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin idmançısı Orxan Hacıağalı qızıl medal qazanıb.

Milli komandanı təmsil edən idmançımız üç qələbədən sonra birinci yerə layiq görülüb. O, ilk qələbəsinə Fransanı təmsil edən erməni cüdoçunu məğlub etməklə imza atıb.

Qeyd edək ki, veteran cüdoçular arasında təşkil edilən Avropa çempionatında 40 ölkədən 287 idmançı  iştirak edib.

Müəllif: Natiq NƏSİROV