"Nəyəsə nail olmaq üçün əvvəlcə çox çalışmaq gərəkdir!" - Hacıyeva Bəyim
Aykido üzrə qəhvəyi kəmər sahibi Haciyeva Bəyim xanim : « Nəyəsə nail olmaq üçün əvvəlcə çox çalişmaq qarəkdir!»
Aikido nədir? Kyu və Dan nədir? Dərslər necə gedir? Bütün bu suallari Azərbaycan Aykikay Aykido Federasiyasinin 2 kyu üzrə qəhvəyi kəmər sahibi Haciyeva Bəyim xanim cavablandirir.
Özünüz haqqinda bir az məlumat verə bilərsinizmi?
Əlbəttə. Mənim adim Bəyim xanim Haciyevadir. Aykido ilə kiçik yaşlarimdan məşğul olmaga başlamişam. İndi 11 yaşim var və aykidoda 2 kyu qəhvəyi kəmər sahibiyəm. Bundan alavə,naxiş tikmə ilə maraqlaniram və rəsm çəkməyi sevirəm. Mənim iki boyük qardaşim var – Murad və Nazim. Atam da uzun müddət müxtəlif döyüs növləri ilə məşğul olub, qardaşlardan biri əlbəyaxa döyüş və kendo ilə məşğul olur. Böyük qardaşim Murad Baki Xoreoqrafiya Akademiyasinda oxuyur. Qardaşlaimla çox mexribaniq və mən həmişə onlardan yeni bir şey öyrənirdim. Aikido dərsləri uşaqliğimdan bəri evdəki təhsil proqramimin əlavə hissəsi olub və indiki səviyyəyə çatdiğim üçun onun boüyük bir hissəsidir.
Aikido haqqinda bir az məlumat verə bilərsinizmi?
Aikido - əsas məqsədi hücim deyil, müdafiə olan döyüş sənətidir. Bu döyüş sənəti Morihey Ueşiba tərəfindən yaradilmişdir. Aikidoka üçün ən vacib olan fiziki güc deyil, hərəkətlərin koordinasiyasi, çeviklik və tarazliği qorumaq bacariğidir. Aikidoda bütün hərəkətlər yumşaq, rəvan, aikidoçularin özləri isə pişiklər kimi çevik olmalidilar (gülümsəyir).
Pişikləri sevirsinizmi?
Bəli. Mənim 2 pişiyim var.
Məşqləriniz necə gedir?
Başlanğicda oynaqlari açmaq, onurğa sütununu burmaq üçün çoxlu isitmə hərəkətlərimiz var. Bundan başqa, hər məşğələdə mütləq düzgün yixilma üzərində isşləyirik. Sonra, tələbənin kyu dərəcəsi yüksədikcə, biz müxtəlif fəndlər üzərində işləyrik.
Qəhvəyi kəmər və 2 kyu nə deməkdir?
Onlar keçilmiş səviyyələrin simvoludur və bu simvolu müxtəlif rəngli kəmərlərdə ifadə olunur. Kyu – aşaği səviyyənin əks qaydada siralanmasidir (onuncu kyudan birinciyə qədər), dan isə, artiq yüksək səviyyənin – birinci dandan onuncuya qədər – gostəricisidir. Tələbənin biliyi mənimsəməsindən asili olaraq, növbəti səviyyə həm bir ildə, həm də uzun müddət ərzində əldə edilə bilər. Buna imtahani qəbul xüsusi komissiya qərar verir – bu imtahanda aykidoka mənimsədiyi texnikani düzgün şəkildə gostərməlidir.
Yəni sən digərləri ilə müqayisədə texnikani daha tez mənimsəyisən?
Xeyr, məsələ təkcə bunda deyil. Sadəçə evdə bu texnikalari təkrarladağim biri var. Öyrəndiyim fəndləri qardaşlarima təkrar edəndə atam bizi diqqətlə izləyir (gülür). Amma təbiyi ki, mənim bu səviyyəyə çatmağimda məşqçim Ayğun xanimin böyük əməyi var. O, 2- dandir və 3 –cü dan almağa hazirlaşir.
Sinifdə daha çox kim var – oğlanlar, yoxsa qizlar?
Əlbəttə ki oğlanlar. Axi bu onlar üçün daxa vacibdir. Qizlar azdir, amma hər qrupda var. Tatamidə məşq edən qizlar isə həm həmyaşidlari arasinda, həm də böyüklər arasinda hörmətə malikdirlər.
Sizcə qizlarin sayi niyə azdir?
Çünki qizlarimizi ancaq gözəl geyim, Tik Tok və boş qeybət maraqlandirir (gülümsəyir).
Oxucucularimiza Aykido fəlsəfəsi ruhunda son sözünüz?
Yaddan çixarmasinlar ki, nəyəsə nail olmaq üçün əvvəlcə çox çalişmaq gərəkdir!