Mehriban Tağıyeva çıxış etdiyi qrupda bürünc medal qazanıb

Almaniyanın Berlin şəhərində keçirilən Xüsusi Yay Olimpiya Oyunları çərçivəsində bədii gimnastika üzrə yarışlar davam edir. Azərbaycan gimnastika tarixində ilk dəfə olaraq Oyunlarda ölkəmizi təmsil edən bədii gimnast Mehriban Tağıyeva çıxış etdiyi divizionda çoxnövçülük proqramında bürünc medal qazanıb. Gimnastımız həmçinin ayrı-ayrı alətlər (top, halqa, gürzlər, lent) üzrə final mərhələsinə vəsiqə əldə edib. Gimnastımızı təbrik edir və həlledici mərhələdə uğurlar arzulayırıq.

Müəllif: Bəhruz MƏMMƏDOV