Azərbaycan gimnastı Mehriban Tağıyeva yarışda 4 medal qazanıb

Almaniyanın Berlin şəhərində keçirilən Xüsusi Yay Olimpiya Oyunları çərçivəsində bədii gimnastika üzrə yarışlara yekun vurulub. Qalib və mükafatçılara yarışın medalları təqdim edilib. Qeyd edək ki, Azərbaycan gimnastı Mehriban Tağıyeva yarışda 1 qızıl 3 bürünc medal qazanıb.

Müəllif: Bəhruz MƏMMƏDOV