Nazim Umbayev Ulan-Bator Böyük Dəbilqə turnirində ədalət təmsilçiləri arasında yer aldı

23-25 iyunda Monqolustanın paytaxtı Ulan-Bator şəhərində keçirilən Böyük Dəbilqə turnirində Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alıb.

Nazim Umbayev yarışda qadınlar arasında -70 kq. çəkidə və kişilər arasında -100 kq. çəkidə bürünc medal uğrunda görüşləri idarə edib.

Müəllif: Natiq NƏSİROV