Bakı Limanı tərəfindən Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən minifutbol çempionatına yekun vurulub

Bakı Limanı təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən silsilə tədbirlərdən daha biri uğurla yekunlaşıb. Bu gün Limanda fəaliyyət göstərən dövlət və özəl sektoru təmsil edən 16 futbol komandasının iştirak etdiyi minifutbol çempionatının final oyunu baş tutub. İki ay davam edən çempionatın final mərhələsində Bakı Limanının Mühafizə departamentinin komandası ilə Dövlət Gömrük Komitəsini təmsil edən komanda (ERDNBGİ) qarşılaşıb. Bərabərlik şəraitində davam edən matçın sonundakı penallaşma seriyasında DGK-nın minifutbol komandası fərqlənərək qalib adını qazanıb. Bakı Limanının Mühafizə departamentinin komandası 2-ci yer, Nəqliyyat xidmətinin komandası isə 3-cü yerdə qərarlaşıb.

Çempionatın sonunda təşkil edilən təltifetmə mərasimində qaliblərə kubok, medal, diplom və pul mükafatı təqdim edilib.

Müəllif: Bəhruz MƏMMƏDOV