Çimərlik voleybolu üzrə Azərbaycan çempionatında növbəti oyunlar baş tutub

İyunun 24-də start götürən yarışın üçüncü günündə ümumilikdə 24 görüş keçirilib və çempionatın finalçıları bəlli olub.

Qeyd edək ki, 15 yaşlı və 15 yaşdan yuxarı idmançıların iştirak etdiyi yarışda 18 qadın və 28 kişi cütü mübarizə aparır. Yarış olimpiya sistemi ilə keçirilir.

Su İdmanı Sarayında təşkil olunan yarışın həlledici qarşılaşmaları iyunun 27-də keçiriləcək.

27 iyun

3-cü yer uğrunda oyun (kişilər)

17:00 Əli Fərəczadə/Samir Nəbiyev - Ülvi Rəcəbli/Heydər Məmmədli

3-cü yer uğrunda oyun (qadınlar)

18:00 Ayşə Hüseynova/Aytac Bayramlı - Nəzrin Əhmədli/Fatimə Hüseynova

Final (qadınlar)

19:00 Fidan Əhmədxanova/Larisa Smeltsova - Əminə Ramazanova/Sənubər Ələskərova

Final (kişilər)

20:00 Vadim Kutikov/Tural Həsənli - Elmin Alışanov/Asif Əliyev

21:00 Qaliblərin mükafatlandırma mərasimi

Müəllif: Bəhruz MƏMMƏDOV