III Avropa Oyunları: Kişi şpaqaçılarımız şəxsi yarışlarında çıxışlarını başa vurublar

Kənan Əliyev və Ruslan Həsənov Polşada keçirilən 3-cü Avropa Oyunlarında qılıncoynatmanın şpaqa növü üzrə kişilərin şəxsi yarışında çıxışını başa vurub.

Qrup mərhələsini 4 qələbə ilə bitirən Ruslan Həsənov ən güclü 32-liyə yüksəlmək uğrunda keçirilən görüşdə İsveçrə şpaqaçısı Hadrien Favreyə 14:15 hesabı ilə uduzub.

Qrupu 2 qələbə ilə bitirən Kənan Əliyev isə tablo 128-də Estoniya qılıncoynadanı  Ruslan Eskova 13:15 hesabı ilə məğlub olub.

Müəllif: Bəhruz MƏMMƏDOV