III Avropa Oyunları: Qadın sablyaçılarımız şəxsi yarışında mübarizəyə start verilib

Bu gün Polşada keçirilən 3-cü Avropa Oyunlarında qılıncoynatmanın sablya növü üzrə qadınların şəxsi yarışında mübarizəyə start verilib. Təmsilçilərimizdən Anna Başta (5 qələbə), Səbinə Kərimova ( 5 qələbə) və Valeriya Bolşakova (3 qələbə) pley-offa yüksəlib. Qrup mərhələsində 1 qələbəsi olan Palina Kaspiaroviç mübarizəni dayandırıb.

Müəllif: Bəhruz MƏMMƏDOV