Kişi və qadın badmintonçuların qoşa yarışında pley-ofa adlaya bilməyiblər

Polşada keçirilən 3-cü Avropa Oyunlarında badminton üzrə kişi və qadınların qoşa yarışında qrup mərhələsinin oyunları başa çatıb.

3-cü turda Keişa Fatimə Zəhra-Era Maftuha tandemi "D" qrupunda Avstriya təmsilçiləri Katarina Hoçmeir-Serena Yeonq qoşasına 2:1 (16-21, 21-19, 21-17) hesabı ilə qalib gəlib.

Edi Reski Dviçayo-Ezmi Qovimuradmadhoni isə "B" qrupunda İrlandiya badmintonçuları Coşua Magi-Paul Reynolds cütünü 2:1(19-21,21-14,21-16) hesabı ilə məğlub edib. Hər iki kateqoriyada yarışan badmintonçularımız öncəki turlarda uduzduğu üçün pley-offa adlaya bilməyib.

Müəllif: Natiq NƏSİROV