Qadın şpaqaçılarımız III Avropa Oyunlarında səkkizliyə yüksəlib

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli komandamız Polşada keçirilən 3-cü Avropa Oyunlarında ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə Rumıniya yığması ilə qarşılaşıb.

Anna Başta, Palina Kaspiaroviç, Valeriya Bolşakova və Səbinə Kərimovadan ibarət kollektiv gərgin və maraqlı mübarizə şəraitində keçən görüşdə 45:42 hesablı qələbə qazanaraq ən güclü səkkizliyə yüksəlib. Millimiz yarımfinala yüksəlmək uğrunda keçiriləcək görüşdə İtaliya seçmə kollektivi ilə qarşılaşacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV