Qadın şpaqaçılarımız III Avropa Oyunlarında 6-cı yeri tutdu

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli komandamız Polşada keçirilən 3-cü Avropa Oyunlarında çıxışını başa vurub.

Anna Başta, Səbinə Kərimova, Valeriya Bolşakova və Palina Kaspiaroviçdan ibarət kollektiv ən güclü səkkizliyə yüksəlmək uğrunda keçirilən görüşdə Rumıniya yığmasına 45:42 hesabı ilə qalib gəlib. Millimiz yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə İtaliya seçmə kollektivinə 42:45 hesabı ilə uduzaraq 5-8-ci yerlər uğrunda mübarizə aparıb.

Yunanıstanı 45:29 hesabı ilə məğlub edən sablyaçılarımız 5-ci yer uğrunda keçirilən qarşılaşmada İspaniya komandasına 42:45 hesabı ilə uduzaraq Avropa çempionatını 6-cı sırada başa vurub.

Müəllif: Bəhruz MƏMMƏDOV