Fransada 1 qızıl, 2 bürünc medal

Fransanın Sen-Loren-du-Var şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının III mərhələsi keçirilib.

Ölkəmizi bu yarışda təmsil edən güləşçilərin hamısı medal qazanıb. İbrahim Yusubov (90 kq) çempion olub. Ramiz Həsənov (70 kq) və Oyan Nəzəriani (+90 kq) isə üçüncü yeri tutub.

Beləliklə, çimərlik güləşi üzrə millinin üzvləri Dünya Seriyasının III mərhələsində 1 qızıl və 2 bürünc medal əldə edib.

Qeyd edək ki, IV mərhələ 9-10 sentyabrda Rumıniyanın Konstanta şəhərində keçiriləcək.

Müəllif: Natiq NƏSİROV