Dünya Qadın Seriyasının "Netanya" mərhələsində "Neftçi" nin qrupu və oyun təqvimi müəyyənləşib

ESTAFET/ 2-3 iyul İsrailin Netanya şəhərində 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsi baş tutacaq. Bu mərhələdə iştirak edəcək "Neftçi" klubu, B qrupunda Niderland, Litva və "Qyor"(Macarıstan) komandaları ilə mübarizə aparacaq.

"Neftçi" ilk oyununu Bakı vaxtı ilə saat 18:25 -də Niderland seçməsinə qarşı keçirəcək. Qeyd edək ki, qruplarda birinci yeri tutmuş komandalar yarımfinala, ikinci və üçüncü yeri tutmuş komandalar isə 1/4 finala vəsiqə qazanacaqlar.

Müəllif: Məsim MƏSİMZADƏ