Azərbaycan Basketbol Federasiyası avropanın ən güclü 10 federasiyası arasında

Azərbaycan Basketbol Federasiyasının 2022/23 mövsümündən etibarən 3x3 qadın basketboluna göstərdiyi xüsusi diqqət və qayğının nəticəsi, Beynəlxalq Basketbol Federasiyasının (FIBA) yeni açıqlanmış reytinq cədvəlində öz əksini tapmışdır. Belə ki, 3x3 basketbol üzrə qadın millimizin Dünya Qadın Seriyasındakı mütəmadi iştirakı və "Neftçi" klubunun "Şuşa" və "Netanya" mərhələlərində qazandığı uğurlar sayəsində, Azərbaycan Basketbol Federasiyası 3x3 basketbol üzrə qadınların reytinq sıralamasında avropa üzrə 10-cu, dünya üzrə isə 16-cı pillədə qərarlaşmışdır.

Müəllif: Məsim MƏSİMZADƏ