Basketbol üzrə U-20 millimiz artıq Şimali Makedoniyadadır

7-16 iyul tarixlərində Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində 20 yaşlı oğlanlar arasında basketbol üzrə Avropa çempionatı "B" divizionun oyunları baş tutacaq.

C qrupunda qərarlaşmış U-20 millimiz, Kosova, İsveç, Ukrayna və Gürcüstan seçmələrinə qarşı mübarizə aparacaq. Anar Sarıyev və Fərid Əmirovun rəhbərlik etdiyi millimizin qrupdakı ilk oyunu, 7 iyul Bakı vaxtı ilə saat 15:30 -da İsveç yığmasına qarşı olacaq.

Qeyd edək ki, Avropa çempionatının bütün oyunları FİBA -nın rəsmi "youtube" hesabından canlı olaraq yayımlanacaq.

Müəllif: Məsim MƏSİMZADƏ