Çimərlik futbolunun 5-ci günün ilk 4 oyunun nəticələri

ESTAFET/ Çimərlik futbolu üzrə dünya çempionatının Avropa üzrə əsas seçmə mərhələsi davam edir. Bu gün səkkiz matç keçirilir.

D qrupu
Belarus - Danimarka 10:2  

Dünən əsas seçmə mərhələnin açılış günündə qələbə qazanan bu iki komanda bu gün üz-üzə gəlib. Belarus əsas seçmə mərhələdə növbəti qələbəsini qazandı.

Hesabı Belarus komandası açdı, Hapon rəqibin müdafiədəki boşluğundan istifadə edə bildi. Bir qədər sonra Frandsen yuxarı sağ küncə dəqiq zərbə endirərək danimarkalılar üçün hesabı bərabərləşdirdi . Drozd gözəl velosiped zərbəsi ilə Belarusu yenidən önə keçirdi, lakin ilk hissənin sonunda Brıştselin qaydanı pozması nəticəsində Belarus millisinin qapısına cərimə zərbəsi təyin edildi. Damm cərimə zərbəsini uğurla yerinə yetirdikdən sonra hesab 2:2 oldu. 

İkinci hissə tamamilə belarusların üstünlüyü şəraitində keçdi. Novikau, Hapon, Staskeviç və Piatrouski dörd qola imza ataraq turnirin ardıcıl ikinci qələbəsini təmin edərək sonuncu hissədən əvvəl bu üstünlüyü qoruya bildilər.  

Hapon son hissədə layiqli het-trikini tamamladı və vaxtın bitməsinə bir dəqiqə qalmış dördüncü qolunu vurdu. Beləliklə, Belarus D qrupunda növbəti qələbəsini qazanaraq, yekunda dünya çempionatına yollanacaq komandaların sırasına qoşulmağa bir addım daha yaxınlaşdı. 

C qrupu
Almaniya - Yunanıstan  8:2

C qrupun liderlərindən olan Almaniya və Yunanıstan seçmə mərhələnin ikinci günündə qarşılaşdı və Almaniya bu mübarizədən 6 qol fərqi ilə qalib ayrıldı. 

Matçın ilk qolunu almanlar vurdu, kapitan Biermann topu ustalıqla uzaq küncə göndərdi. Daha sonra isə yenidən rəqib qapısının sol alt küncünü hədəfləyərək komandasının iki qolluq fərqlə önə çıxardı. 

Yunanıstan ikinci hissənin ilk dəqiqələrində fəallıq göstərdi. Almanlardan avtoqol gəldi,  Biermann topu öz qapısına göndərdi. Buna baxmayaraq, Biermann çox keçməmiş 3-cü topu yunanların qapısından keçirdi. Daha sonra Olli və Engelhardtın qolları Almaniya millisinin matçdakı qollarının sayını 5-ə çatdırdı. Yunanıstan komandasından Karakasis, son dövrənin bitməsinə üç dəqiqədən az vaxt qalmış komandasının hesabına qarşılaşmanın sonuncu qolunu yazdırdı. 

Sonuncu hissədə Olli yaylım zərbəsi ilə dubl etdi və Biermann cərimə zərbəsi ilə beşinci dəfə fərqləndi. Almanların sonuncu qolu Petersondan gəldi və yekunda Almaniya millisi əsas seçmə mərhələdəki matçında ilk qalibiyyətini əldə etdi. 

A qrupu
İtaliya - Moldova 3:1

Günün A qrupunun ilk matçı İtaliya və Moldova milliləri arasında baş tutdu. 

Moldovanı ilk iki dəqiqə ərzində önə keçirən ilk qolun müəllifi Şitenko oldu. İlk hissənin bitməsinə iki dəqiqədən az vaxt qalmış Fazzini İtaliyanın bərabərlik qolunu vurdu və 12 dəqiqədən sonra hesabı 1-1 etdi.

İtaliya ikinci hissədə Bertakkanın sayəsində oyunda ilk dəfə liderliyi ələ aldı. İtalyanlar ikinci dövrün qalan hissəsində üstünlüklərini qoruyub saxlaya bildilər. 

Genovalinin uğurlu cərimə zərbəsi komandasının sonuncu və qələbələrini təmin edən qolu oldu. Bununla da, İtaliya qrupun liderləri siyahısındadır. 

B qrupu
Ukrayna - Polşa  3:2

B qrupunda ikinci olan Ukrayna qrup lideri Polşanı məğlub edib
İlk hissənin bitməsinə 4 dəqiqədən az vaxt qalmış Levçenko havadan ötürmə ilə topu arxa dirəyə başla vuraraq Ukraynanı önə keçirdi. Ukraynalılar qrup liderlərini qabaqlayaraq birinci hissəyə lider kimi yollandılar.

Polşa komandası ikinci hissədə hesabı bərabərləşdirməyə nail oldu, qapıçı Losun uzaqdan möhtəşəm zərbəsi toru silkələdi. Polyaklar qaydanı pozduqdan sonra yaxın dirəyə göndərilən cərimə zərbəsi (Borsuk, 3-cü dəqiqə) Ukraynanı hesabda önə çıxardı. (2:1)

Polşanın son hissədə hesabı bərabərləşdirmək üçün böyük şansı var idi, lakin ukraynalı qapıçı Poslavski polyak Poplavskinin zərbəsini məharətlə dəf edə bildi.

Son hissədə kapitan Qac Polşanı ilk dəqiqələrdə bərabər səviyyəyə çıxardı, lakin Ukraynanın 9 nömrəli oyunçusu Zborovskinin sol alt küncdən yuxarıya doğru endirdiyi zərbəsi komandası üçün yekun üç xalı təmin etdi.

Müəllif: Bəhruz MƏMMƏDOV