Sonuncu mərhələnin çempionu "Neftçi" nin qrupu və oyun təqvimi müəyyənləşib

6-7 iyul İsveçrənin Friburq şəhərində 3x3 basketbol üzrə 16 komandanın iştirakı ilə Dünya Qadın Seriyasının növbəti mərhələsi baş tutacaq.

Friburq mərhələsində iştirak edəcək "Neftçi" klubu, A qrupunda Kanada və Malayziya komandaları ilə mübarizə aparacaq. "Neftçi" ilk oyununu Bakı vaxtı ilə saat 17:30 -da Kanada seçməsinə qarşı keçirəcək.

Qeyd edək ki, qruplarda ilk iki yeri tutmuş komandalar 1/4 finala vəsiqə qazanacaqlar

Müəllif: Məsim MƏSİMZADƏ