Qrup mərhələsinin son oyunları keçirilir - Çimərlik futbolu

ESTAFET/ Çimərlik futbolu üzrə dünya çempionatının Avropa üzrə əsas seçmə mərhələsinin son qrup oyunları keçirilir. Qeyd edək ki, dörd ayrı qrupda yer alan on altı komandadan yalnız səkkizi bazar günü dünya çempionatına vəsiqə qazanmaq üçün mübarizə aparacaq.

D qrupu
Danimarka - Türkiyə  7:4 

Danimarkalılar birinci hissənin ilk iki dəqiqəsi keçməmiş hesabı açdılar. Bu dəfə Damm fərqləndi. Lakin hissənin bitməsinə 3 dəqiqə qalmış türklər bərabərlik qolunu qapıçı Mehmetin sağ küncə yönlənmiş fantastik zərbəsi ilə vurmağa nail oldular.

Danimarka üçün oyunun ikinci mərhələsi fantastik bir başlanğıc oldu, kapitan Dorf öz akrobatik zərbəsi ilə topu tora göndərdi. Daha sonra isə qapıçı Madsenin məsafədən vurduğu zərbə ilə skandinaviyalılar matçın ikinci qoluna, sonra isə Damm ikinci qoluna öz adını yazdırdı. Beləliklə, onların hesabına daha iki qol əlavə olundu. Cem Keskin dövrənin axırlarında xal fərqini 2-yə qaldıra bildi. (4-2)

Üçüncü hissənin əvvəlində Redkyer Danimarkanın 5-ci qolunu vurdu, lakin Cem Keskin buna cavab olaraq daha bir qolu komandasının hesabına yazdırdı. Keskinin het-trikin etməyinə baxmayaraq, Vegeberqin dublu Danimarkanın seçmə mərhələ matçlarındakı yerini möhürlədi.

C qrupu
Fransa - Almaniya  5:3

Almaniya yığması üçün bu qarşılaşmada qələbə çox vacib idi çünki hər iki komandanın oynanmış iki matçdan sonra xalları eyni idi. Təsnifat mərhələsinə isə C qrupundan yalnız bir komanda çıxa bilərdi.

Matç almanlar üçün yaxşı başladı, Biermann matçın ilk dörd dəqiqəsində rəqib qapısına möhtəşəm zərbə endirdi. Bununla belə, Barbotti fransızların ilk qoluna imza ataraq hesabı bərabərləşdirdi. Bu hissədə fransız millisindən Varrel, almanlardan isə Lyut dəqiq zərbə endirdi. Komandalar ikinci hissəyə 2-2 hesabı ilə yollandı.  

Fransa ikinci hissədə yeganə qolunu vuraraq növbəti dəfə matçda önə çıxa bildi, belə ki, Barbotti hissənin bitməsinə 46 saniyə qalmış komandasının üçüncü qolunu vurdu.

Fransa komandası üçüncü və son hissədə müdafiə mövqeyində idi. Mübarizənin qızışdığı bu hissədə ümumilikdə komandalara iki qırmızı vərəqə və üç sarı vərəqə göstərilib.

Hissənin dördüncü dəqiqəsində Varell günün ikinci qolunu vurdu, Sequra isə heyrətamiz üst zərbə ilə fransızların beşinci qolunu təmin etdi.  Almanlardan sonuncu təsəlli qolu isə Ollidən gəldi. (Fransa 5:3 Almaniya)

Beləliklə, Fransa seçmə mərhələ matçlarında yerini alaraq bazar günü dünya çempionatına vəsiqə qazanmaq üçün mübarizə aparacaq komandaların arasına girə bildi.

A qrupu
Moldova - Estoniya  6:2

A qrupunun bu həlledici matçı kimin qrupda ikinci yeri tutacağına və seçmə mərhələ oyunlarına yüksələcəyinə qərar verib.

Estoniya Lepikin sayəsində birinci dövrədə önə keçdi, lakin 30 saniyədən az müddət sonra Sirqi Moldovanın bərabərlik qoluna imza atdı.

Qapıçı İstrati moldovalıları ikinci hissənin 15-ci saniyəsində hesabda önə keçirdi, Podlesnov isə daha sonra hesab fərqini daha da artırdı. Son iki dəqiqədə daha iki qol vuruldu. Marmor Estoniyanın ikinci, Qraur isə Moldovanın dördüncü qolunu atdı.

Son dövrədə Turta və Sirqinin vurduğu qollar ilə Moldova yarışın seçmə mərhələsinə vəsiqə qazanan komandaların sırasına adını yazdırdı.

B qrupu
Ukrayna - Litva  4:1

Paşko ilk beş saniyədə Ukraynanı önə keçirərək, sağ alt küncə dəqiq zərbə endirdi. Zavorotnyi isə bir neçə dəqiqədən sonra ukraynalıların ikinci qolunu vurdu. Litva millisindən Giedraitis ilk hissənin demək olar ki, ortasında rəqibin torunu silkələdi.

İkinci hissədə Zborovski və kapitan Borsuk Ukraynanın hesabına daha iki qol əlavə edərək hesabı 4-1 etdi.

Üçüncü hissədə heç bir qol vurulmadı, Ukrayna B qrupunu lider kimi başa vurdu.

 

Müəllif: Bəhruz MƏMMƏDOV