"İrəvan" klubu məşqlərə başlayır

ESTAFET/ Yeni mövsümdən I Divizionda çıxış edəcək “İrəvan” klubu hazırlıqlara start verib. Debütant bu gün məşqlərə başlayacaq. 

Təlim-məşqlər seleksiya xarakterli olacaq. Baş məşqçisi Elburus Məmmədovun rəhbərliyi altında keçəcək toplanışda özünü yaxşı tərəfdən göstərən futbolçular əsas komandaya cəlb olunacaqlar. Yeni mövsümə iddialı başlamağı planlaşdıran "İrəvan" klubunun hədəfi Premyer Liqaya vəsiqə qazanmadır. 

Qeyd edək ki, 2019-cu ildə yaranan "İrəvan" klubu Azərbaycan Region Liqasında çıxış edib. 2023-2024-cü illər mövsümündən isə I Divizionda çıxış etmək şansı qazanıb. 

Müəllif: Natiq NƏSİROV