Dadaşovun qolu “Qrasshopper”ə bəs etmədi

ESTAFET/ İsveçrənin “Qrasshopper” komandası növbəti mövsümə hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.

Azərbaycanlı hücumçu Renat Dadaşovun komandası İsveçrənin digər təmsilçisi “Lozanna Uşi” ilə qarşılaşıb.

Futbolçumuzun komandası aşağı liqa təmsilçisi ilə görüşdən məğlubuyyətlə ayrılıb - 1:2.

Renat ikinci hissəsində meydana buraxılıb. Komandasının yeganə qolunu da 79-cu dəqiqədə azərbaycanlı hücumçu vurub.

Müəllif: Orxan NOVRUZOV